SenYoxla tamamilə ödənişsizdir?

Bəli, qətiyyən heç bir ödəniş tələb olunmur! SenYoxla platformasında qeydiyyatdan keçmək, kampaniyalarda iştirak etmək və yoxlamaq üçün nəzərdə tutulmuş məhsul qutularını ünvanınızda təhvil almaq tamamilə pulsuzdur. Bizim modelimizdə siz məhsula və ya çatdırılmaya pul ödəmirsiniz; bunun əvəzinə həmin məhsulu yoxlayıb səmimi təcrübənizi və rəyinizi bizimlə bölüşürsünüz.

Qeydiyyatdan keçdim, qutu mənə nə vaxt çatacaq?

Qutuların göndərilməsi profil məlumatlarınızın (yaş, şəhər, maraq dairəsi və s.) aktiv kampaniyadakı məhsullarla sistem tərəfindən avtomatik uyğunlaşdırılmasından asılıdır. Hər ay brendlərin tələblərinə uyğun olaraq fərqli hədəf kütlələri seçilir. Uyğunluq yaranan kimi sizinlə əlaqə saxlanılacaq. Səbriniz üçün təşəkkür edirik!

Qeydiyyatdan keçən hər kəsə mütləq qutu göndərilir?

Xeyr, hər qeydiyyatdan keçən şəxs avtomatik olaraq qutu almır. Bildirmək istərdik ki, müraciətiniz sistemimizdə aktiv olaraq qalır və hər yeni kampaniya dövründə yenidən dəyərləndirilir. Sadəcə olaraq, hər kampaniya dövründə təqdim olunan qutu sayımız limitlidir (stokla məhduddur). Sistem, mövcud məhsullarla profilləri uyğunlaşdırarkən bu limitlər daxilində seçim edir. Bu ay stoklar tam dolduğu üçün sistem növbəti dövrlərdə sizin profilinizi yenidən analiz edilir. Proses tamamilə sistem tərəfindən tənzimlənən növbəlilik əsasında baş tutur. Sizin profilinizlə məhsullar arasında uyğunluq yaranan kimi WhatsApp vasitəsilə mütləq məlumat verilir.

Qutunu çatdırılma hara edilir?

Kampaniyaya seçildiyiniz təqdirdə, qutunuz hazırlanır və sizə məlumat verilir. Qutunu sizə təqdim olunan siyahıdan sizə ən yaxın götürmə nöqtəsini (pick-up point) seçərək, həmin ünvandan özünüz təhvil ala bilərsiniz. Ünvan və vaxt barədə detallı məlumat sizə fərdi olaraq göndəriləcək.

Məhsulu yoxladıqdan sonra rəy bildirmək məcburidir?

Məhsulu sınadıqdan sonra rəy bildirmək sistemin davamlılığı üçün çox vacibdir. Sorğunu doldurmayan istifadəçilər təəssüf ki, növbəti kampaniyalarda iştirak hüququnu itirirlər. Nə qədər çox anket doldursanız, xallarınız bir o qədər artır və növbəti qutuları alma şansınız yüksəlir.

Tez-tez verilən suallar

Məhsulu yoxladıqdan sonra rəyimi necə bildirməliyəm?

Məhsulu yoxladıqdan sonra təcrübənizi bölüşmək çox sadədir! Bunun üçün sayta daxil olub uzun formalar doldurmağınıza ehtiyac yoxdur. Məhsul sizə çatdıqdan müəyyən müddət sonra, biz Sizə WhatsApp vasitəsilə xüsusi rəy anketi göndərəcəyik. Siz sadəcə həmin linkə daxil olaraq bir neçə qısa sualı cavablandıracaqsınız. Sizin səmimi rəyiniz həm brendlər üçün çox önəmlidir, həm də növbəti kampaniyalarda yenidən seçilmə şansınızı artırır.

Mən influencer və ya blogger deyiləm, mən də qoşula bilərəm?

Bəli, əlbəttə! Bizim üçün ən önəmli olan "real istehlakçı" təcrübəsidir. Profilinizi tam doldurmağınız kifayətdir. Sistem maraq dairənizə uyğun bir kampaniya olduqda, izləyici sayınızdan asılı olmayaraq sizə məhsul sınaqdan keçirmək şansı yaradır.

Rəy yazmasam nə olar? (Xal sistemi necə işləyir?)

Məhsulu sınadıqdan sonra rəy bildirmək sistemin davamlılığı üçün çox vacibdir. Sorğunu doldurmayan istifadəçilər təəssüf ki, növbəti kampaniyalarda iştirak hüququnu itirirlər. Nə qədər çox anket doldursanız, xallarınız bir o qədər artır və növbəti qutuları alma şansınız yüksəlir.

Kimin məhsul alacağına necə qərar verilir?

Sistem, profilinizdə qeyd etdiyiniz maraq dairələri və demoqrafik məlumatlarla markanın hədəf kütləsini üst-üstə salır. Məsələn, bir uşaq bezi kampaniyasıdırsa, sistem profilində "valideyn" olduğunu qeyd edən istifadəçilərə üstünlük verir.

Profilimə uyğun kampaniyanın olduğunu necə biləcəm?

Sizin profilinizə və maraq dairənizə uyğun yeni bir kampaniya start götürdükdə, qeydiyyatdan keçdiyiniz mobil nömrəyə və ya e-poçt ünvanına bildiriş göndərilir. Buna görə də profil məlumatlarınızın dəqiqliyi və bildirişlərinizin açıq olması çox vacibdir.

Bir dəfə qeydiyyatdan keçdim, hər ay yenidən qeydiyyatdan keçməliyəm?

Sizin profilinizə və maraq dairənizə uyğun yeni bir kampaniya start götürdükdə, qeydiyyatdan keçdiyiniz mobil nömrəyə və ya e-poçt ünvanına bildiriş göndərilir. Buna görə də profil məlumatlarınızın dəqiqliyi və bildirişlərinizin açıq olması çox vacibdir.