Senyoxla Necə İşləyir?
SenYoxla dünyasına addım atın! Sevdiyiniz brendləri tamamilə ödənişsiz yoxlamaq üçün doğru ünvandasınız.
1. Profilinizi Yaradın
Sizi daha yaxın tanımaq üçün hazırladığımız anket suallarını cavablandırın. Cavablarınız sizin maraq dairənizi, dəri tipinizi və vərdişlərinizi müəyyən edir. Unutmayın, profiliniz nə qədər dolğun olsa, hədəf kütləyə düşmə şansınız bir o qədər artar.
2. Aylıq Qutu
Hər ay əməkdaşlıq etdiyimiz brendlər öz yeni məhsullarını (səmpl və ya orijinal ölçülü) tanıtmaq üçün xüsusi meyarlar təyin edirlər. Əgər profiliniz həmin ayın brend kriteriyalarına uyğundursa, sistem sizə avtomatik olaraq Aylıq Qutu təyin edir.
Bildiriş: Qutu təyin olunduqda sizə e-poçt və WhatsApp vasitəsilə məlumat verilir.
Müddət: Sizə ayrılan vaxt ərzində qutunu tələb etməlisiniz, əks halda bu şans növbədəki digər üzvümüzə keçir.
3. Yoxlayın və Fikrinizi Bölüşün
Məhsullar ünvanınıza çatdıqdan sonra onları real həyatda yoxlayın. Ən vacib mərhələ isə səmimi rəylərinizdir! Platformada məhsullar haqqında rəy yazmaq həm digər istifadəçilərə kömək edir, həm də növbəti aylarda yeni qutular almaq ehtimalınızı 70% artırır.



