

SenYoxla Nədir?
SenYoxla, Azərbaycanda məhsul təcrübəsi və istehlakçı rəyi sahəsində fəaliyyət göstərən ilk və tək platformadır. Bizim missiyamız brendlərlə real istifadəçiləri bir araya gətirməkdir. Biz inanırıq ki, ən doğru reklam real insanların səmimi təcrübəsidir. SenYoxla olaraq, minlərlə istifadəçimizə müxtəlif brendlərin məhsullarını ödənişsiz sınaqdan keçirmə şansı yaradır, brendlərə isə bu təcrübələr əsasında daha doğru strateji qərarlar verməyə kömək edirik.
SenYoxla Necə İşləyir? 💜
Sistemimiz çox sadə və tamamilə ödənişsizdir:
1. Qeydiyyatdan Keç və Profilini Yarad Saytımızda qeydiyyatdan keçərək şəxsi profilini yaradırsan. Maraq dairələrin, vərdişlərin və üstünlük verdiyin məhsullar haqqında məlumatları doldurursan. Profilin nə qədər dolğun olsa, sistemin səni markalarla uyğunlaşdırması bir o qədər asanlaşır.
2. Kampaniyalara Qoşul və Mesaj Gözlə Brendlərin yeni məhsul kampaniyaları başladıqda, sistem avtomatik olaraq hədəf kütləyə uyğun profilləri seçir. Əgər profilin cari kampaniyaya uyğundursa, biz səninlə WhatsApp vasitəsilə əlaqə saxlayırıq və məhsulu sınaqdan keçirmək istəyib-istəmədiyini soruşuruq.
3. Məhsulu Ünvanda Təhvil Al Təsdiq verdiyin təqdirdə, sınaq üçün nəzərdə tutulmuş məhsul qutusu tamamilə ödənişsiz şəkildə ünvanına çatdırılır. Sənə sadəcə qutunu açıb məhsulla tanış olmaq qalır!
4. Yoxla, Paylaş və Fikrini Bildir Məhsulu bir müddət istifadə etdikdən sonra təcrübəni bizimlə bölüşürsən. Saytımızdakı qısa anketi dolduraraq məhsul haqqında səmimi fikirlərini yazırsan. Unutma, sənin rəyin brendlərin inkişafı üçün çox dəyərlidir!
Niyə SenYoxla?
Almadan Öncə Yoxla: Pul xərcləmədən öncə məhsulun sizə həqiqətən uyğun olub-olmadığını öyrənin.
Brendlərə Yol Göstər: Sizin rəyləriniz dünyanın və ölkəmizin ən böyük brendləri üçün ən dəyərli bələdçidir.
Yeni Trendləri Kəşf Et: Bazara yeni çıxan kosmetika, qida və şəxsi qulluq məhsullarını ilk yoxlayanlardan biri olun.
Məqsədimiz
İstehlakçı ilə brend arasında şəffaf və etibarlı bir körpü qurmaqdır. Biz inanırıq ki, ən doğru reklam sizin real təcrübənizdir!
Sən də bu böyük icmanın bir parçası olmaq istəyirsən



